Modern.az

Yol polisi əməkdaşı qəza törətdi: 2 ölü

Yol polisi əməkdaşı qəza törətdi: 2 ölü

Aktual

27 İyun 2016, 21:29

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, Sumqayıt Şəhər Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi şəxsi “Hyundai Azera” markalı minik maşını və Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşub.

Nəticədə “Hyundai" markalı avtomobilin sürücüsü R.Tahirov və sərnişinlərindən 30-35 yaşlı qadın hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yerli mətbuatın məlumatına görə, qəzanı törədən sürücü əslən Zəngilan rayonundan olan Ramin Tahirov yol polisi baş serjantıdır. O, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində işləyirmiş.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!