Modern.az

“Vahid Rusiya” deputatlığa namizədlərin siyahısını təsdiqlədi

“Vahid Rusiya” deputatlığa namizədlərin siyahısını təsdiqlədi

Aktual

27 İyun 2016, 21:41

Rusiyanın “Vahid Rusiya” partiyası Dövlət Dumasına namizədlərin siyahısı təsdiqləyib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, 36 regional qrup partiyanın federal siyahısına salınıb, onlardan 19-u ölkə subyektlərin rəhbərləri – fəaliyyətdə olan qubernatorlar və respublika rəhbərləridir.

 

Federal siyahının yuxarı hissəsinə yeganə namizəd – partiyanın rəhbəri və baş nazir Dmitri Medvedv düşüb. Regionlar üzrə dəstələrə Moskvanın meri Sergey Sobyanin və Moskva vilayətini rəhbəri Andrey Vorobyov, Çeçenistanın rəhbəri Ramzan Kadırov və Dağıstanın prezidenti Ramazan Abdulatipov rəhbərlik edirlər.

Siyahı rəhbərləri arasında Sergey Aksyonov, İnquşertiyanın rəhbəri Yunus-bəy Yevkurov, Kemerovo vilayətinin qubernatoru Aman Tuleev, Ttarıstanın rəhbəri Rustam Minnixanov, Adıgeyanın rəhbəri Aslan Txakuşinov, Şimali Osetiyanın rəhbəri vəzifəsini icra edən Vyaçeslav Bitarov və Kabardin-Balkarın rəhbəri Yuri Kokov da var.

 

Seçkilər sentyabrın 18-də keçiriləcək.2014-cü ildə qəbul edilən qanuna görə, 450 deputatın yarısı partiya siyahısı ilə, qalanı birmandatlı dairələrdən seçiləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi