Modern.az

Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Nardaran işi ilə bağlı Baş Prokurorluğa müraciət edildi

27 İyun 2016, 21:58

Nardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib. Modern.az saytı xəbər verir ki, bu barədə Lent.az-a vəkilin özü məlumat verib.

F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfi iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirillər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

 

Qeyd edək ki, Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər