Modern.az

38 illik ömrünün 27 ilini həbsdə keçirən şəxs tutulub

38 illik ömrünün 27 ilini həbsdə keçirən şəxs tutulub

Aktual

27 İyun 2016, 22:40

Abşeron polisi taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxsi saxlayıb. İstintaq zamanı məlum olub ki, o, əyləşdiyi taksiləri Saray qəsəbəsinə sürdürərək, orada sürücülərin pul və mobil telefonlarını əllərindən alıb. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Əlikram Bağırov və Sumqayıt sakini Araz Rzayev üç gün əvvəl onlara qarşı soyğunçuluq edilməsi ilə bağlı ərizə ilə polisə müraciət ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Saray qəsbə sakini, əvvəllər dörd dəfə məhkum olunmuş və ümumilikdə 27 il həbsxana həyatı yaşamış 38 yaşlı İsrail Gözəlov olduğu müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar zamanı məlum olub ki, İsrail Gözəlov Bakının 20 Yanvar dairəsində Əlikram Bağırovun idarə etdiyi taksiyə əyləşərək, onu Saray qəsəbəsində aparmağı xahiş edib. Saray qəsəbəsinə çatdıqda isə sürücüyə hədə-qorxu gəlməyə başlayıb. O, sürücünün 12 manat pulunu və iPhone markalı telefonunu əlindən alıb.

Səhəri gün bənzər hadisə Sumqayıt şəhər sakini Anar Rzayevin başına gəlib. O, 150 manat, 2 dollar və mobil telefonunu verməklə canını qurtarıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı