Modern.az

Əcnəbi kişilərə ərə gedən azərbaycanlı qadınlar...

Əcnəbi kişilərə ərə gedən azərbaycanlı qadınlar...

28 İyun 2016, 10:18

2016-cı ilin dörd ayı ərzində əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı açıqlanıb.

Bu haqda Modern.az saytının sorğusuna cavab olaraq  Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, 2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma qeydə alınıb:

“Qeydə alınmış nikahlardan 347-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 292-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.
Cari ilin dörd ayı ərzində 4,1 min boşanma halları qeydə alınıb”.

R.Süleymanov həmçinin bildirib ki, sözügedən nikahlardan doğulan uşaqların sayına, eləcə də xarici ölkə vətəndaşları ilə qeydə alınana boşanmalara dair statistik məlumatların Dövlət Statistika Komitəsində statistik müşahidəsi aparılmır.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır