Modern.az

Ukraynalı siyasətçidən Azərbaycana DƏSTƏK: “Ermənistan nədir? Rusiyanın...”

Ukraynalı siyasətçidən Azərbaycana DƏSTƏK: “Ermənistan nədir? Rusiyanın...”

28 İyun 2016, 11:01

Ukrayna Ali Radasının deputatı, “Sağ sektor” təşkilatının keçmiş sədri Dmitri Yaroş Azərbaycanla bağlı açıqlamalar verib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ukraynalı siyasətçi Azərbaycanmı və Türkiyəni Rusiya aqressiyasına qarşı ölkəsinin müttəfiqləri adlandırıb.

 

“Rusiyaya qarşı təkcə, Donbas faktorlarından istifadə etməməliyik. Burada İslam faktoru, Şimali Qafqaz faktoru və Çin faktoru da var. Qarabağdakı münaqişə ilk baxışda bizdən çox uzaqdadır. Lakin həmin münaqişə Donbasdakı konfliktə birbaşa təsir göstərir. Ermənistan nədir? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın satelliti. Ona görə, orada baş verən hadisələr Rusiyanın diqqətini cəlb edir. Azərbaycan isə Türkiyə ilə qardaşdır. Türkiyə öz növbəsində bizim Rusiyaya qarşı strateji tərəfdaşımızdır”.

 

Vüqar İsmayılov  

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...