Modern.az

Ənvər Paşanın nəvəsi narazıdır: “Azərbaycanlı səfir unudulacaq, amma Nuru paşa yox!”

Ənvər Paşanın nəvəsi narazıdır: “Azərbaycanlı səfir unudulacaq, amma Nuru paşa yox!”

28 İyun 2016, 11:12

“Yadınıza salın ki, bu günə qədər məni heç bir tədirinizə dəvət etməmisiniz. Yalnız lütf edib özünüz cavab vermək əvəzinə, üçüncü katibiniz vasitəsilə “ünvanınızı bilmirik” kimi inandırıcı olmayan bəhanələrlə cavab vermisiniz”.

Modern.az saytı xəbər verir ki, bu sözləri Türkiyənin hərb naziri olmuş Ənvər Paşanın (1918-ci ildə Bakını erməni işğaılından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qardaşı) nəvəsi Osman Mayatepek Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovdan incidiyini bildirən məktubunda qeyd edib.

Osman Mayatepek Azərbaycanın Türkiyədəki Səfirliyinin onu tədbirlərə dəvət etmədiyini, etinasız yanaşdığını və müraciətlərinə cavab vermədiyini bildirib.

Nuru Paşanın qardaşı nəvəsi Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovdan şikayətçi olduğunu gizlətməyib.

O, deyib ki, neçə illərdir Azərbaycan səfirindən eyni cür etinasız və laqeyd münasibət qoyur:

“Heç nə dəyişmiş deyil, yenə də heç bir tədbirə dəvət edilmirəm.Tədbirlərə çox da can atan deyiləm. Sadəcə olaraq, böyük elçinin məndən xoşu gəlmir. Bunun səbəbi isə məlum deyil.

Üzücü olan odur ki, Azərbaycanı bağrına basmış Ənvər, Nuru və Xəlil paşaların varisi, nəvəsi kimi səfirin şəxsi istəklərinə görə bütün tədbirlərdən kənarda qalmışam”.

Osman Mayatepek bildirib ki, illər sonra səfirin adı unudulacaq, amma Nuru, Ənvər və Xəlil paşalar Azərbaycan xalqının qəlbində daim yaşayacaq:

“Təsəllim odur ki, 5-10 il sonra həmin səfirin adını belə, yada salan olmayacaq. Amma ulu babalarım olam Nuru, Ənvər və Xəlil paşaların əziz xatirəsi qardaş Azərbaycan xalqının qəlbində və beynində əbədiyyən yaşayacaq”.

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?