Modern.az

Bu gün “Kəpəz” Avropa Liqasında ilk matçına çıxacaq

Bu gün “Kəpəz” Avropa Liqasında ilk matçına çıxacaq

28 İyun 2016, 11:50

Bu gün futbol üzrə UEFA Avropa Liqasında ilk təsnifat mərhələsi çərçivəsində Gəncənin “Kəpəz” klubu Moldovanın “Daçia” komandasını qəbul edəcək .

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun saat 20:00-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da baş tutacaq.

 

Oyunu Qazaxıstanı təmsil edən hakimlər briqadası idarə edəcək:

Baş hakim: Aleksander Qayzer

Baş hakimin köməkçiləri: Sergey Vasyutin, Alibek Aubakirov

Dördüncü hakim: Daniyar Saki

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Aleks Chukin (Belarus)

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir