Modern.az

Del Boske İspaniya millisindən gedir

Del Boske İspaniya millisindən gedir

Dünya

28 İyun 2016, 12:25

İspaniyanın futbol üzrə milli komandasının baş məşqçisi Del Boske yaxın günlərdə postunu tərk edəcək.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onun yerinə əsas namizəd Xoakin Kaparros hesab edilir.

 

Buna səbəb kimi onun artıq “Valensiya”, “Betis” və “Alaves” kimi klubları çalışdırmaqdan imtina etməsi göstərilir.

 

65 yaşlı Del Boskenin baş məşqçi kimi karyerasını başa vuracağı da gözlənilir.

 

Avropa çempionatın 1/8 final mərhələsində İspaniya İtaliyaya 2:0 hesabı ilə məğlub olub.

 

Del Boske 2008-ci ildən İspaniya millisinə rəhbərlik edir.

 

Onun rəhbərliyi zamanı ispanlar həm dünya, həm də Avropa çempionu olublar.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır