Modern.az

Maliyyə nazirinin yeni müavini kimdir - Tərcümeyi-hal

Maliyyə nazirinin yeni müavini kimdir - Tərcümeyi-hal

İqtisadiyyat

28 İyun 2016, 12:40

Xəbər verdiyimiz kimi, ölkə başçısının sərəncamı ilə Azərbaycanın maliyyə naziri Samir Şərifova yeni müavin təyin edilib.

Modern.az saytı xəbər verir ki, 24 iyun 2016-cı il tarixli sərəncamla nazir müavini postuna gətirilən Emin Zamin oğlu Hüseynov əvvəllər Azərbaycan Respublikası Mərkəzi Bankın tədqiqatlar və İnkişaf Mərkəzinin baş direktotu vəzifəsində çalışıb.

Onun qısa tərcümeyi-halını təqdim edirik:

Emin Zamin oğlu Hüseynov 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirib. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlayıb. 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışıb.

 2003-2005-ci illərdə yenidən Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləyib.
2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunub. 2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirib. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru – Baş direktor vəzifəsinə təyin edilib. 4 ilədək bu vəzifədə çalışıb.

Emin Hüseynov son təyinatadək “ADA” Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində işləyirdi.

Ailəlidir. 2 övladı var...



Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!