Modern.az

Rusiya və Fransa xarici işlər nazirləri Qarabağı müzakirə edəcək

Rusiya və Fransa xarici işlər nazirləri Qarabağı müzakirə edəcək

28 İyun 2016, 14:57

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər edir.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, sabah, İyunun 29-da Lavrov  fransalı həmkarı Loran Fabius ilə görüşəcəyi dəqiqləşib.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  keçirdiyi brifinqdə deyib ki, Lavrov və Fabiusun sabahkı  görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. Vyana və Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılacaq".

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir