Modern.az

200 tələbə təhsil almaq üçün bu ölkəyə GÖNDƏRİLƏCƏK

200 tələbə təhsil almaq üçün bu ölkəyə GÖNDƏRİLƏCƏK

28 İyun 2016, 15:17

“Bu il Azərbaycandan 200 tələbə təhsil almaq üçün Macarıstana göndəriləcək”.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib: "Onların bütün xərclərini Macarıstan hökuməti qarşılayacaq".

 

Nazir söyləyib ki, bu il Macarıstanda təhsil almaq istəyən 600 azərbaycanlı tələbələrə müraciət edib:

 

"Ötən il 50 tələbə Macarıstanda təhsil alıb. Bu il isə 600 nəfər Macarıstanda təhsil almaq üçün müraciət edib"-deyə Şahin Mustafayev bildirib.

 

 

Ağa AKİFOĞLU

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir