Modern.az

“Qarabağdakı sakitlik avqustda yenidən pozulacaq”

“Qarabağdakı sakitlik avqustda yenidən pozulacaq”

Qarabağ

28 İyun 2016, 17:37

Rusiyalı hərbi ekspert Pavel Felgenhauer Dağlıq Qarabağ ətrafında yaranmış mövcud situasiya ilə bağlı Ermənistanın 1in.am saytına müsahibə verib.

Modern.az xəbər verir ki, müsahibədə rusiyalı ekspert münaqişənin gələcək perspektivi ilə bağlı pessimist proqnozlar verib.


- Vyanada tərəflərin təhlükəsizliyi möhkəmləndirməklə bağlı əldə etdiyi razılaşma barəsində nə deyə bilərsiniz?


-
Deyəsən tərəflər təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılıq əldə ediblər. Bu prinsipial olaraq heç nəyi dəyişməyəcək. Məsələn, Donbasda 1000 müşahidəçi var, lakin onlar heç bir rol oynamırlar və sadəcə, baş verənləri müşahidə edirlər. Müşahidəçilər müharibənin qarşısını almır, sadəcə hesabat yazmaqla məşğul olurlar. Bu qeyri-ciddi irəliləyişdir. İrəliləyiş yalnız tərəfləri razı sala biləcək siyasi formatın yaradılması olardı. Hazırda belə bir perspektiv yoxdur. Azərbaycan hesab edir ki, dördgünlük müharibədəki kiçik uğurundan sonra Ermənistan Qarabağ ətrafındakı rayonları tam, yaxud qismən qaytarmalıdır. Ermənistan, hətta Sarkisyan razı olsa belə, buna gedən deyil. Ermənistan Azərbaycandan azad etdiyi torpaqlardan dərhal geri çəkilməsini istəyir. Bu isə Azərbaycan üçün qəbuledilməzdir. Düşünürəm ki, hər iki tərəf müharibənin başlanmasına hazır deyil. Və ona görə atəşkəs rejimi davam edəcək. Əgər hər iki tərəf, yaxud onlardan biri müharibəyə hazır olduğunu hiss etsə, gərginlik yenidən başlayacaq.




- Cəbhə xəttindəki hazırki sakitliyi Azərbaycan tərəfinin hər hansı diplomatik gözləntisi ilə əlaqələndirmək olarmı?


-
Ermənistan üçün Qarabağın formal olsa belə, Azərbaycanın nəzarətinə keçməyi qəbul olunmazdır. Hər iki xalq üçün situasiya fərqlidir və iki prezident də güclü daxili təzyiq altındadır. Bu təzyiq onlara prinsipial güzəştlərə getməyə mane olur. Bir sözlə, kompromisli sülh razılaşması üçün heç bir əsas yoxdur. Hamı anlayır ki, güclü diplomatik səylər olan deyil. Moskva, Vaşinqton və ümumiyyətlə, bütün dünya üçün əsas olan regionda yeni müharibənin baş verməməsidir. Düşünürəm ki, Peterburq görüşündən sonra təmas xəttində bir müddət sakitlik olacaq. Sonradan isə - avqustda hər şey yenidən başlayacaq. Amma tərəflərin operativ planını bilmirəm. Əgər hərbi əməliyyatlar başlayarsa, onlar təsadüfi xarakter daşımayacaq və öncədən planlaşdırılmış olacaq.

- Yeni müharibənin gedişatına nə təsir edə bilər?


- Cəbhədə yeni gərginlik tərəflərin, xüsusən Ermənistanın özünün aprel ilə müqayisədə daha yaxşı hazırlandığını hiss etdiyi an baş verəcək. Bunun üçün isə vaxt və yeni silahlar lazımdır. Məsələn, Rusiya Ermənistanı “Buratino” TOC-1A verəcəyinə əmin edib. Azərbaycan bu sistemi 2 apreldə çox effektiv şəkildə istifadə etdi və erməni ordusu buna görə çoxlu itkilər verdi. Deməli, silahı yenilənmək, müdafiə istehkamlarını möhkəmləndirmək lazımdır. Bu isə o deməkdir ki, ön xətdə yalnız səngər və blindajlar yox, həm də termobarik silahdan qorumağa yardım edən zirehli, hermetik qapılar da lazımdır”.


Vüqar İSMAYILOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir