Modern.az

SOCAR QHT-lərlə problemləri müzakirə etdi

SOCAR QHT-lərlə problemləri müzakirə etdi

28 İyun 2016, 22:28

Bu gün SOCAR-ın Baş ofisində Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri hökumət təşkilatları (QHT) rəhbərlərinin iştirakı ilə “İri investisiya layihələri, maliyyə dayanıqlığı və kreditlərin idarə olunması” mövzusunda "dəyirmi masa" keçirilib. SOCAR-ın mətbuat xidmətindən Modern.az saytına  verilən məlumata görə, 3 saatdan artıq davam edən tədbirdə şirkətin vitse-prezidentləri Süleyman Qasımov, Xalik Məmmədov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Hüquq İdarəsinin rəisi Eldar Orucov ictimaiyyəti maraqlandıran məsələlər haqqında ətraflı məlumat veriblər.

Tədbirdə SOCAR-ın iri investisiya layihələri, maliyyə durumu, risklərin və kreditlərin idarə olunması üzrə fəaliyyəti ilə əlaqədar aktual problemlər geniş müzakirə olunub, səmərəli diskussiya və fikir mübadiləsi aparılıb. Görüşün keçirilməsinə görə təşəkkürlərini bildirən QHT rəhbərlərindən Sabit Bağırov, İnqilab Əhmədov, Əliməmməd Nuriyev, Məhəmməd Talıblı və İlham Şaban belə tədbirlərin vaxtaşırı keçirilməsi zərurətini və əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyəti təsisatları ilə SOCAR-ın əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulayıblar.

Görüşdə iştirak edən KİV nümayəndələrinin sualları da cavablandırılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır