Modern.az

Rusiyada it əti yeyənlərin sayı artır

Rusiyada it əti yeyənlərin sayı artır

28 İyun 2016, 22:42

Rusiyada it ətindən qida kimi istifadə edənlərin və trixinellyoza yoluxanların sayı artır. Modern.az Rusiya mediasına istinadən bildirir ki, bu haqda iyunun 28-də istehlak nəzarəti qurumu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2013-2015-ci illərdə ölkədə it ətindən istifadəyə görə, 100-dən çox trixinellyoza yoluxma müəyyən edilib.

Digər məlumata görə, Rusiyada hər il 30-dan 200-ə qədər bu cür xəstəliyə yoluxma – daha çox Sibir və Uzaq Şərq federal dairələrində - qeydə alınır.

Statistikaya görə, yoluxanların 43 faizi ev heyvanlarının, 30 faizi vəhşi heyvanların, 27 faizi küçə itlərinin ətindən istifadə edənlərdir.

İyunun 28-də İrkutsk vilayətinin Usolye-Sibirdə ayı əti qəbul edən 18 nəfər zəhərlənib.

Trixinellyoz təhlükəli parazit xəstəliyidir. Hərarətlə, əzələ ağrılarıyla, şişlə, dəri dağıntıları ilə, bağırsaq pozuntusu ilə müşayiət olunur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir