Modern.az

Kubada ilk Amerika hoteli açıldı

Kubada ilk Amerika hoteli açıldı

Dünya

28 İyun 2016, 23:16

Starwood Hotels & Resorts Worldwide Kubada Amerikanın ilk hotelini açıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hotel Karib dənizi sahiçində yerləşir.

“Bu tarixi andır”, - hotelin mətbuat xidmətinin nümayəndəsi Nensi Sarabiya deyib. O, bunu “qardaşlıq  və əməkdaşlıq simvolu” adlandırıb.

ABŞ-ın Kubaya qarşı iqtisadi embarqosu qüvvəsində qalır, ancaq Barak Obama administrasiyası ticarət və investisiya sahəsində məhdudiyyətləri zəiflədib. Vaşinqton 2014-cü ilin dekabr ayında Kuba ilə münasibətlərin normallaşdığını elan edib.

Hotel Starwood şirkətinin Kuba ilə ABŞ arasında ilk böyük razılaşmadır. Hoteldə bir gecənin qiyməti 200 dollara yaxındır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı