Modern.az

Eks-prezidentin 33 ailə üzvü həbs olunub

Eks-prezidentin 33 ailə üzvü həbs olunub

20 Yanvar 2011, 16:58

st1:*{behavior:url(#ieooui) }

Tunisin hakimiyyətdən qovulmuş prezidenti Ben Əlinin 33 ailə üzvü həbs olunub. Modern.az BBC-yə istinadla xəbər verir ki, onlar ölkəni tərk etmək istəyərkən yaxalanıblar. Tunis televiziyası ilə yayımlanan nitqində müvəqqəti hökumətin rəhbəri Fuad Mebaza keçmişdən "tam ayrılma", müstəqil ədliyyə sistemi və mətbuat azadlığı vəd edib.

Yeni hökumət həmçinin bütün siyasi məhbusların azad edildiyini bəyan edib.

Ben Əlinin ailə üzvlərinin evlərinə reydlər zamanı tapılmış qızıl və ləl-cəvahirat dövlət televiziyası ilə nümayiş etdirilib. İsveçrəli rəsmilər Tunisin hökumət üzvlərinin İsveçrə banklarına təxminən 620 milyon dollar yerləşdirdiklərini deyirlər. İsveçrənin xarici işlər naziri Tunis liderinə məxsus bütün aktivlərin dondurulacağını söz verib. 

Məlumata görə, keçmiş birinci xanım, 53 yaşlı Leyla Trabelsi ölkədən qaçanda Milli Bankın 1.5 ton qızılını da özüylə aparıb. sabiq prezident Ben Ali 23 illik hakimiyyətdən sonra ölkəni bürüyən etiraz aksiyalarına tab fətirməyərək yanvarın 14-də Səudiyyə Ərəbistanına qaçıb. Ben Ali ölkədən qaçan kimi isə üsyançı xalq qisas məqsədilə sabiq prezidentə, onun arvadına və qohumlarına məxsusu villaları, biznes obyektləri talan edib, yandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir