Modern.az

İstanbulda yaralılar taksilərlə daşınır - Video

İstanbulda yaralılar taksilərlə daşınır - Video

29 İyun 2016, 00:08

Atatürk hava limanında baş verən partlayışlarla bağlı yeni xəbərlər yayılıb. Modern.az saytı CNN Türk-ə istinadən xəbər verir ki, aeroportda yaralıların sayı o qədər çoxdur ki, təcili yardım maşınları çatdırmır və xəsarət alanlar yaxınlıqda olan taksilərlə xəstəxanalara çatdırılır.

 

Hürriyet-ə danışan hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra 50-ə yaxın silah səsi eşidilib. Bundan başqa, partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Onlardan biri hava limanının içərisində, digər isə bayırda olub.

 

Ərazi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır