Modern.az

Ərdoğan İstanbuldakı terrordan DANIŞDI

Ərdoğan İstanbuldakı terrordan DANIŞDI

29 İyun 2016, 09:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk hava limanında baş vermiş terror aktını pisləyib.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ərdoğan  terror təşkilatları tərəfindən günahsız insanlara qarşı yönəldilmiş bu hücumu məkrli niyyət adlandırıb.

 

O bildirib ki, bu hücumun  Ramazan ayında edilməsi terrorçular üçün müqəddəs bir şeyin olmadığını göstərir: "Hər şeyə rəğmən, Türkiyə terrorizmlə mübarizə aparmaqda davam edəcək",-deyə Ərdoğan əlavə edib. 

 

Ötən gün İstanbulun Atatürk hava limanında ard-arda törədilən 3 partlayış nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.  

 

Hadisəyə görə, hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

 

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?