Modern.az

“Baltika-Bakı” pivə istehsalını dayandırır

“Baltika-Bakı” pivə istehsalını dayandırır

29 İyun 2016, 10:11

Azərbaycanda pivə bazarının 75%-dən çox hissəsinə malik olan “Baltika-Bakı” şirkətində də son zamanlar ağır vəziyyət yaranıb. Şirkətin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, ümumilikdə Azərbaycan pivə bazarında vəziyyət pisləşib: 2015-ci il ərzində bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə - daha 35% azalıbvə bu tendensiya davam etməkdədir.

“Bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır, hansı ki, əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib”, şirkətdən bildirilib.

“Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, hansı ki yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 000 AZN artmasına gətirib çıxaracaq. Eyni zamanda 1 sentyabr 2016-cı il tarixindən aksiz markası ilə markalanmalı olan malların nəğd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe olan və dövlətin “vergi partnyoru” statusuna malik olan “Baltika-Bakı” hökumətin  hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədəbiznesin inkişafına olduqca neqativ təsir göstərəcək və xüsusilə də pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq”.

Sadalananlarla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən “Baltika-Bakı” zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib.

“Bu addım şirkətin istehsalat xərclərini minimizasiya etməyə və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək”,-deyə “Baltika-Bakı” bəyan edib.

 “Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir. Carslberg Group-un hissəsi olan “Baltika” şirkəti  zavodu 2008-ci ildə əldə edib və 2009 ilin may ayında rekonstruksiyadan sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı)  çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə  illik ödəmələri 20 milyon AZN, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon AZN təşkil edir. “Baltika-Bakı” məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-nı təşkil edir  (2015-ci il).

Şirkət  “Xırdalan”,“Tuborg”, “Baltika  7”, “Baltika  0”, “Baltika 9”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “33 Export”, “Jiqulyovskoye Firmennoye” kimi tanınmış brendləri istehsal edir.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi