Modern.az

Hillari Klinton İstanbuldakı terroru qınadı

Hillari Klinton İstanbuldakı terroru qınadı

29 İyun 2016, 10:26

ABŞ-da prezidentliyə namizəd Hillari Klinton İstanbulda yaşanan terror hücumu ilə əlaqədar Twitter hesabında açıqlama verib.

 

Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, qadın siyasətçi verdiyi açıqlamada "Bütün Amerikalılar terrorla mübarizədə Türkiyə xalqının yanındadır" ifadəsini işlədib.

   

"Terroristlər, NATO müttəfiqimizi bu gün yenə ürəyindən vurdu. ABŞ-ın terror ilə mübarizədə geri addım atması düşünülə bilməz. Biz bu təhdidə qarşı Yaxın şərq,  Avropadakı tərəfdaşlarımız və müttəfiqlərimiz  ilə əlaqələrimizi daha da möhkəmləndirmək məcburiyyətindəyik.  Bu əməkdaşlıq, ölkəmizi qorumaq və ölkəmizin təhlükəsiz saxlamaq üçün təməl vacibdir. Dualarımız və ürəyimiz qurbanların ailələri Türk xalqı ilə birlikdədir” –deyə yazıb.

Xatırladaq ki, Türkiyədəki terror aktında azı 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

 

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi