Modern.az

Azərbaycan XİN: “...lənətləyirik!”

Azərbaycan XİN: “...lənətləyirik!”

Aktual

29 İyun 2016, 10:29

28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik.

 

Bu barədə Azərbaycan XİN-dən Modern.az-a daxil olan məlumatda bildirilir.

 

“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”, XİN bəyan edib.

 

XİN bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir.

 

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində ölənlərin 36 nəfər ölüb, 147 nəfər yaralanıb.



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı