Modern.az

İŞİD Amerikanı HƏDƏLƏDİ

İŞİD Amerikanı HƏDƏLƏDİ

29 İyun 2016, 11:19

İŞİD qruplaşması yenidən ABŞ-ı hədələyən video yayımlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, videoda İŞİD-çilər öz tərəfdarlarını San-Fransisko və Las –Veqasa hücumlar etməyə çağırıb.

 

Mosulda çəkildiyi ehtimal edilən kadrlarda iki bosniyalı İŞİD üzvü fransız dilində çağırışlar edib.

 

Videonun sonunda San Fransiskonun dövlət strukturlarının görüntüləri, Amerika Birləşmiş Ştatlarının  prezidenti Barak Obama, Orlandoda 49 nəfərin həyatını itirməsinə səbəb olan Ömər Mətin və Parisdə bir polis məmuru ilə arvadını öldürən Larosi Aballanın fotolarına da yer verilib.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər