Modern.az

Lənkəranda Jurnalistlərin Media Resurs Mərkəzi açılıb

Lənkəranda Jurnalistlərin Media Resurs Mərkəzi açılıb

27 Oktyabr 2009, 17:43

 

Oktyabrın 27-də Lənkəranda Azərbaycan Jurnalistlər Birliyinin  Media Resurs Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi verdiyi “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.

Layihənin koordinatoru, Media Resurs Mərkəzinin rəhbəri Xaqani İbadov Modern.az-a Azərbaycan Jurnalistlər Birliyinin yeni layihəsi barədə məlumat verərək qeyd edib ki, Media Mərkəzi Cənub bölgəsində fəaliyyət göstərən jurnalistlər ücün faydalı olacaq. 

“Azərbaycan Jurnalistlər Birliyinin Cənub bölgəsində fəaliyyət göstərən KİV-nin vəziyyətinin təhlili onu göstərir ki bu nəşrlərdə fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcuddur. Rayon qəzetlərinin maddi texniki bazasının zəifliyi, peşərarlığın aşağı səviyyədə olması vətəndaş cəmiyyətinin mühüm elementi olan fikir, söz məlumat azadlığının inkişafına mane olur. Regional qəzet redaksiyaları qəzetlərin yığılmasında, səhifələnməsində, maketinin qurulmasında  və capında ciddi cətinlik cəkirlər. Bölgə qəzetlərin əksəriyyətində müvafiq texniki vasitələr yoxdur və qəzetin yığılması ücün lazımi avadanlığa malik deyillər. Bu avadanlıq isə bahadır və bölgə qəzetlərinin onu əldə etmək imkanı yoxdur”-deyə X. İbadov bildirib.

Region qəzetlərinin texniki bazasının modernləşdirilməsi informasiya məkanında inkişaf ücün ciddi stimul ola bilər. “Jurnalistlərin Media Resurs Mərkəzi” layihəsinin məqsədi Cənub bölgəsində KİV-in,  jurnalistikanın, söz və mətbuat azadlığının inkişafına yardım göstərməkdir. Eyni zamanda yerli mətbuata və bölgədə işləyən jurnalistlərə  texniki vasitələri təqdim etməklə onların bu sahədə  problemlərini aradan qaldırmaqdır.

Bu baxımdan KİV-ə Dövlət Dəstəyi Fondunun yardımı ilə AJB-nin bölgədə yerli  qəzetlərin bu istiqamətdə işlərinin təşkil edilməsinə kömək  ücün açdığı müasir texniki imkanlara malik kompüter mərkəzi yerli jurnalistlərə işlərinin qurulmasında yardımçı olacaq.

Layihə çərçivəsində jurnalistlərin  Media Resurs Mərkəzi yaradılacaq, media Resurs Mərkəzinin nəzdində jurnalistlərin sərbəst istifadə edə biləcəyi media ilə bağlı kitabxana  açılacaq. Eyni zamanda Resurs Mərkəzində bölgə qəzetlərinin səhifələnməsi və bu sıradan digər  texniki problemlərini həll etmək  ücün kompüter mərkəzi yaradılacaq.  Yerli jurnalistlərin informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün pulsuz internet klub yaradılacaq, müxtəlif dövlət və qeyri dövlət təşkilatlarını vacib tədbirlərin keçirilməsi, ayrı-ayrı mövzulara dair konfransların təşkili üçün Media Klubu təşkil etdiləcək. AJB Media Resurs Mərkəzinin konfrans zalından yerli media strukturları, jurnalistlər, QHT-lər, ictimai təşkilatlar pulsuz istifadə edəcəklər.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir