Modern.az

AMEA-da institut direktorları təsdiqləndi - SİYAHI

AMEA-da institut direktorları təsdiqləndi - SİYAHI

29 İyun 2016, 14:39

AMEA-nın Elmi bölmələrinin iclaslarında bir sıra institutlar üzrə direktor seçkiləri keçirilib. "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunmuş seçkilərdə elmi müəssisələrin rəhbərləri gizli səsvermə yolu ilə seçiliblər.


Modern.az xəbər verir ki, iyunun 29-da AMEA Rəyasət Heyətinin Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş səyyar iclasında akademiya institutlarında keçirilmiş seçkilərin nəticələrinə müvafiq olaraq direktorlar vəzifələrinə təsdiq olunublar.


Rəyasət Heyətinin qərarlarına əsasən, akademik İbrahim Quliyev Neft və  Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat üzrə elmlər doktoru Oqtay Səmədov Radiasiya Problemləri İnstitutunun, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov Zoologiya İnstitutunun, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət QuliyevTorpaqşünaslıq və Aqrokimya İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Memarlıq və İncəsənət İnstitutunun, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutunun, tarix üzrə elmlər doktoru Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli isə AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq ediliblər.


Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə elmlər doktoru Əhməd Hacıyev Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Zeynəb Həcəmova isə Rəyasət Heyəti aparatı Katibliyinin rəisi vəzifəsinə təsdiq olunublar.


İclasda Botanika, Zoologiya, Fiziologiya, Mikrobiologiya institutlarında Təhsil şöbələrinin yaradılması, həmçinin akademik Aslan Aslanovun 90, AMEA-nın müxbir üzvləri Rafiq Qasımovun 85 və Vəli Əliyevin 80, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayevin isə 80 illik yubileylərinin qeyd olunması qərara alınıb.

Rəyasət Heyəti AMEA Rəyasət Heyəti Elm Tarixi Muzeyinin yaradılması haqqında qərar qəbul edib.



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır