Modern.az

İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi

Aktual

29 İyun 2016, 14:49

 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

 

Modern.az Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

 

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.

 

Türkiyə Prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub