Modern.az

Üçəmlərdən sağ qalan körpənin vəziyyəti ağırlaşdı

Üçəmlərdən sağ qalan körpənin vəziyyəti ağırlaşdı

29 İyun 2016, 15:28

“Salyandan Bakıya gətirlmiş üçəmlərdən sağ qalan körpənin vəziyyəti ağırlaşıb”. Bu haqda Modern.az saytına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev məlumat verib.


N.Quliyev deyib ki, körpənin ağ ciyərləri öz funksiyasını yerinə yetirə bilmir:


“Uşaq doğulandan 9-cu sutkadır ki, bizim xəstəxanada müalicə alır. Bildiyiniz kimi, körpə 21 iyun tarixində axşam saatlarında İnstitutun İntensiv-terapiya şöbəsinə hədsiz ağır vəziyyətdə daxil olub.

Hazırda dərin morfo-funksional yetişməzliklə bağlı körpənin ümumi vəziyyəti ağırdır. Ağ ciyərlər öz funksiyasını yerinə yetirə bilmir. Ağ ciyərləri normal işləmədiyindən uşaq süni ventilyasiya aparatına qoşulub, küveyzə yerləşdirilib.

Ona aid olan bütün yardımlar edilir, yəni əlimizdən gələni əsirgəmirik”.


Körpənin doğulduğu gündən çəki almasına gəlincə, baş pediatr “Onun çəki alması üçün ümumi vəziyyəti stabilləşməlidir. Biz o mərhələyə çatmamışıq”,- deyib.

Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib.
Doğuşdan sonra üçəmlərdən 2-si ölüb. Valideynlər üçəmlərdən 2-nin ölməsini xəstəxanada işıqların sönməsi nəticəsində küveyzdən çıxarılma ilə əsaslandırıblar.

Qeyd edək ki, doğuş avqustun 8-nə təyin olunsa da, vaxtından əvvəl iyunun 21-də baş verib.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi