Modern.az

Rusiya Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDİR

Rusiya Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDİR

29 İyun 2016, 15:38

Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyip Ərdoğanla telefon danışığından sonra Türkiyəyə qarşı sanksiyaların ləğv olunması barədə göstəriş verib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkə vətəndaşları yenidən Türkiyədə istirahət edə biləcək.

 

“Rusiya lideri hökumətə Türkiyə tərəfi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrini və s. bərpa etmək barədə göstəriş verəcəyini deyib. Rusiya turistlərinin Türkiyəni ziyarət etməsi ilə bağlı tətbiq edilən qadağa da ləğv olunacaq”.

 

Rəcəb Tayyip Ərdoğan isə rus turistlərinin təhlükəsizliyinin təminatı üçün əlindən gələni edəcəyini deyib.

 

Beləliklə, Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi əlaqələrin bərpa olunması proseduruna başlanılıb.

 

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir