Modern.az

Qara Qarayev prospekti bağlanır

Qara Qarayev prospekti bağlanır

29 İyun 2016, 16:26

Nizami rayonu, Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılacaq.

Bu haqda Modern.az saytına “Azəravtoyol” Açıq Səhmdar Cəmiyytinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...