Modern.az

ATƏT sədri Elmar Məmmədyarovla görüşəcək

ATƏT sədri Elmar Məmmədyarovla görüşəcək

29 İyun 2016, 16:36

30 iyun 2016-cı il tarixində ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasına işgüzar səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində Frank-Valter Ştaynmayerin 30 iyun 2016-cı ildə xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransı keçiriləcək.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir