Modern.az

Tərtər və Füzulidə raket hissəsi və top mərmisi tapılıb 

 Tərtər və Füzulidə raket hissəsi və top mərmisi tapılıb 

29 İyun 2016, 16:45

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 29 iyunda Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

 

Hesabatda bildirilib ki, Tərtər rayonu, Çaylı kəndində 1 fermada 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 16 500 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 1 ferma, 10 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarı ilə 16 500 kv. m ərazi yoxlanılıb.

 

Ağdam rayonu, Zəngişalı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilib, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 2 əkin sahəsi, 3 partlayış yeri, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 9 000 kv. m ərazi yoxlanılıb.

 

Füzuli rayonu, Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 120 kv. m ərazi yoxlanılıb.

 

Cəmi 3 əkin sahəsi, 3 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 3 120 kv. m ərazi yoxlanılıb.

 

İyunun 29-da 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, gün ərzində 28 620 kv. m ərazi təmizlənib.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 29 iyun tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 27 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 557 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər