Modern.az

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib - FOTOLAR

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib - FOTOLAR

29 İyun 2016, 16:47

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb. Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və idman komitəsinə müraciət edən vətənaşları qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Ünvanlanan müraciətlər arasında əsasən iş, sənədləşmə, sosial məsələlər, idman və s. üstünlük təşkil edib.

Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Problemlərin həlli istiqamətində zəruri olan ərizə və sənədlər götürülüb, bəziləri aidiyyəti orqanlara yönləndirilib.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi