Modern.az

Putin-Ərdoğan görüşünün vaxtı BƏLLİ OLDU

Putin-Ərdoğan görüşünün vaxtı BƏLLİ OLDU

29 İyun 2016, 16:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Putinlə sentyabrın 4-də Çində keçiriləcək G20 sammiti ərəfəsində görüşməyi planlaşdırır.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki prezidentin telefon danışığı zamanı razılıq əldə olunub.

 

Putin Ərdoğanın terrorla mübarizə məsələsində dünən gecə verdiyi mesajlara tamamilə qatıldığını, regionun iki böyük ölkəsi kimi Rusiya və Türkiyənin görəcəyi işlər olduğunu çatdırdı.

 

 Prezident Ərdoğan da Putinə "ikitərəfli və regional məsələlərdə mühüm addımlar atacağıq. Rusiya ilə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”- mesajını verib.

 

Ərdoğan Putinin iki ölkə xalqlarının tələbinə qulaq verilməsini vacib saydığını vurğulayıb.

 

  İki liderin 4-5 sentyabr tarixlərində Çində keçiriləcək G20 sammitindən həm əvvəl, həm də sammit sırasında görüşəcəkləri bildirilib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir