Modern.az

Daha bir dövlət qurumu “NAZ” aldı

Daha bir dövlət qurumu “NAZ” aldı

29 İyun 2016, 17:00

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd“NAZ Lifan” avtomobili alıb.

 

Bu haqda Modern.az saytına qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov  məlumat bildirilib.

 

O bildirib ki, bu avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur:

 

“Ümumiyyətlə,“Azərbaycan Dəmir Yolları» QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir