21 oktyabr 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Martın 22-də nişanlandı, aprelin 3-də şəhid oldu - Sumqayıtlı kəşfiyyatçı FOTOLARDA
Martın 22-də nişanlandı, aprelin 3-də şəhid oldu - Sumqayıtlı kəşfiyyatçı FOTOLARDA +
29.06.2016, 17:39

Vətəni qibləgah  edən şəhidlər - XXIV

Modern.az saytı “Aprel döyüşləri”nin şəhidləri barədə növbəti yazınını təqdim edir.

Bu il martın 10-da Xüsusi Təyinatlı Dəstənin əsgəri Murad Məmmədova da Novruz bayramını anasıgillə keçirmək üçün  məzuniyyət  verilmişdi. Anası Sevil xanım qapını açanda gözlərinə inanmamışdı. Oğlu yenə xəbərsiz gəlmişdi. Bir anda ananın gözlərinə işıq gəlmiş, bütün ağrılarını unutmuşdu. 
Ana-bala pıçıldaşıb, dərdləşib söhbət etmişdilər.

Sevil ana bilirdi ki, evinin sonbeşiyi Muradın da artıq gözaltısı var. 27 yaşlı oğlunu axır ki, evlənməyə də razı salmışdı. Ailəsi ilə daha yaxından tanış etmək üçün Murad sevdiyi qızı evlərinə qonaq gətirəcəyinə söz  vermişdi.

Martın 15-i, axırıncı çərşənbə günü hamı Muradın böyük qardaşı Rahimin evindəki süfrə başına yığıldı. Rahimin xanımı Aygün bayram süfrəsinə hər cür naz-nemət düzmüşdü. Bayram plovu da dəmdə idi. Gəlin qaynana əl-ələ verib, evlərinə ilk dəfə gələcək təzə gəlini adlarına layiq qarşılamaq istəyirdilər.
Axşam saat 7-də hamı süfrə başına oturdu. Ən çox sevinən isə Qasım  baba idi. Axır ki, sevimli nəvəsi şeytanın qıçını qırmışdı. “Qırışmal” deyə çağırdığı nəvəsinin istəklisinə baxdıqca, 90 yaşında kişi sevincdən qanad açıb oynamaq istəyirdi.

Birdən Muradın telefonuna qəfil zəng gəldi. Dəhlizə çıxıb kiminləsə danışdı. Bayaqkı Muradın sevincli çöhrəsindən əsər-əlamət qalmadı. Anası  Sevil təlaşla:

 -Ay bala nə oldu?- deyə soruşdu. - Heç ay ana, hərbi hissədən zəng vurmuşdular ki, xüsusi təyinatlıları vaxtından əvvəl məzuniyyətdən geri çağırırlar. Sabah səhər tezdən hərbi hissəyə qayıtmalıyam.

Və üzünü qardaşının xanımına tutdu: “Gəlinxanım, bu gün səhərə qədər yeyib-içəcəyəm. Süfrəni yığışdırma. Mən Novruz bayramımı bu gün keçirirəm!”.



Ailədə hamı sevinirdi. Necə olsa da, Murad axır ki, evlənməyə razılıq vermişdi. Ancaq Muradın halı özündə deyildi. Çox bikef görünürdü. Yeyib-içdilər, süfrə başında bayram dualarını etdilər, dünyamıza əmin-amanlıq dilədilər. Axşam nişanlısını Bakıya aparmaq vaxtı gəlib çatdı. Ailədə hər kəs durub Muradgillə xudafizləşdi.  Hər vaxt maşınını özü idarə edərdi. Bu dəfə qardaşı Rahimdən xahiş etdi ki, sükan arxasına əyləşsin. Sevdiyi qızı gətirib Əhmədlidəki evlərinə çatdırdılar. Murad maşından düşüb, qızı giriş qapısından binanın girəcəyinə qədər ötürdü. Və ayrılanda “ola bilsin ki, bu bizim son görüşümüzdür” dedi.
Qız çaşıb qaldı, hətta  təəccüblə “ay Murad, bu nə sərsəm zarafatdır edirsən, hara gedəcəksən ki, nə tez atırsanməni…” deyə bildi.  Pilləkənləri tələsik aşağı enən Murad əllərini yelləyib, “di salamat qal, bir sözdür də, dedim…”  söylədi, qaçıb maşının qapısını açıb oturdu. Bakıdan Sumqayıta qədər olan məsafəni də heç qardaşı ilə düz-əməlli söhbət eləmədi.


… Səhər tezdən anası oğlu yatan otağa girib, onun üz-gözündən öpdü. Boyunu oxşaya-oxşaya yuxudan oyatdı. Murad səhər yeməyini də yeyib, yola düzəldi. Sevil ana oğlunun dalınca su atdı.


Novruz bayramı günü  Sevil xanım qohum-əqrabanı da başına yığıb, Bakıya nişan apardı. Həmin axşam  həyat yoldaşı Vaqifi işdən evə buraxmamışdılar. Sevilin üzü gülsə də könlü açılmırdı. Muradın  elçilik “həri”sini  Vaqif kişinin atası Qasım baba istədi. Şirin çayları içilidi. Qızın barmağına əmanət üzük də taxıldı. Ancaq həm qız tərəf, həm də oğlan tərəfi belə qərara gəldilər ki, aprelin 17-si - Muradın 27 yaşı tamam olan gün nişan mərasimini yenidən təşkil etsinlər. Fikirləri də o idi ki, gəlin Muradın barmağına, Murad da gəlinin barmağına üzük taxsın.


Komandiri ilə birlikdə həlak olan kəşfiyyatçı


Vaqif  Məmmədov iki qızını koçürəndən sonra 85 yaşlı atasını, oğlanlarını başına yığıb, 2010-cu ildə Sumqayıtda yaşamağa qərar vermişdi. Böyük oğlu Rahim ali təhsilli hərbçı  idi. Böyük qardaşının hərbçi olmağından qürurlanan Murad da daim hərbiçi olmaq arzusu ilə yaşayırdı.  Evin böyük oğlu Rahim qardaşından, qardaş itkisinin ağırlığından, Vətən sevgisindən danışdı:


- Murad məndən 10 yaş kiçik idi. Mən onu əslində çox az gördüm. Onun 10 yaşı olanda mən hərbi xidmətə getdim. Sonra hərbi sahədə qalıb oxumağa, işləmyə üstünlük verdim. Ali təhsil aldım.  İllər tez keçir. Mənim başım hərbi xidmətə qarışmışdı. Bir də onda ayıldım ki, qardaşımı da əsgər aparırlar. Çox ləyaqətlə hərbi xidmətini başa vurdu. Xüsusi Təyinatlılar Bölüyünə yazıldı. Murad çox fərasətli oğlan idi. Beş-altı adam onun qolunu birləşib bura bilmirdi. Dağa-divara bir göz qırpımında dırmanırdı. Qardaşım böyük rəşadətlə vuruşub. Onun və mənim dostum, Xıznın Giləzi kəndindən olan Ravil Novruzov da həmin döyüşlərdə böyük  qəhrəmanlıq göstərib. Onlarla eyni döyüş meydanında olan əsgərlərimiz danışrıdılar ki, təmas xəttində atışma başlayandan sonra Ravil gedib meydanda olan  bir neçə yaralını  arxa tərəfə gətirib. Sonuncü yaralını kürəyinə yükləyib gətirəndə, qəfildən qarşısına erməni əsgəri çıxıb, həmin əsgərin atdığı güllə Ravili yaralayıb, Ravil ağır yaralı olmasına baxmayaraq, cəld silahını çəkib, erməninin alnının ortasından vuraraq öldürüb. Yəni Ravil də, o biri şəhidlərimiz də döyüş meydanında qəhrəmanlıqlar göstərərək həlak olublar.   
Əgər sabah Ali Baş Komandanımız, müdafiə nazirimiz yenə də döyüş əmri versə, biz zabitlər hamımız müsəlləh əsgərik. Və böyük intizarla o günü gözləyirik. Əgər əvvəllər 1-2 erməni öldürməklə, Vətənin intiqamını almaq istəyirdimsə, indi qarşıma keçə biləcək bütün düşməni qırmağa hazıram. Mən intiqam hissi ilə yaşayıram. Qardaşımın, bütün şəhid qardaşlarımızın intiqamını almaq istəyirəm. Qardaşım komandiri polkovnik Raqub Orucovla birlikdə həlak oldu. Onlar Azərbaycana ilk qələbə şərbətini dadızdırdılar.


“Ana dur ayağa, Murad gəlir, onu qarşıla!!!” 


Muradın atası Vaqif Məmmədov oğlunun tərcümeyi halını əzbər bilir:


-  2 oğlum, iki  qızım var. Murad ailəmizin sonbeşiyi idi. 1989-cu il aprelin 17-si dünyaya gəlmişdi. 1996-cı ildə 1-ci sinfə gedib, 2006-cı ildə Biləsuvarda  orta təhsilini başa vurdu. Hərbi məktəbə sənəd verdi. Lazım olan balı toplaya bilmədiyindən, müsabiqədən keçə bilmədi. 2006-cı ildə əsgər getdi. Sonra hərbi hissədə sürücü kimi fəaliyyətə başladı. 2013-cü ildən –həlak olduğu günə qədər Xüsusi Təyinatlıların Bölüyündə xidmət etdi. Snayperçi , kəşfiyyatçı idi. Ancaq biz bunları o rəhmətə gedəndən sonra bildik. 
2010-cu ildən sonra Sumqayıta köçüb balaca bir ev kirayələdik. Sonra oğlum Rahim Hacı Zeynalabdin Tağıyev qəsəbəsində indi yaşadıqları bu evi  uzunmüddətli ipoteka krediti ilə aldı. Biz Sitalçay kəndindəki kirayə evdə  atam, yoldaşım və Muradla yaşayırdıq. Murad da hazırlaşırdı ki, ev alsın, ailə qursun... Ata-ana üçün bütün övladlar şirindir. Ancaq Murad bir başqa oğlan idi. Bizim ailənin bütün yükü onun çiyinlərində idi. Anasına çox bağlı idi. Anası ilə nəfəs alırdı. Bunlar elə bil ki, bir-biri ilə ruh əkizi idilər. Anasının ürəyi xəstədir, tez-tez zəng vurub ondan xəbər bilirdi. Mən axırıncı çərşənbənin yuxularına inanıram. Yuxumda gördüm ki,  müharibə başlayıb. Qarışıqlıqdır. Ailəliklə bir həyətdə oturmuşuq, kimsə bizdən ayrılıb gedir. Sonra yuxumu qardaşıma, qızlarıma danışdım. Belə fikirləşdik ki, atam yaşlıdır, yəqin ki, bizdən ayrılacaq daha...  Çox pis olmuşdum. Atanın, ya ananın yaşlısı olmur ki... Atam da bizim ağsaqqalımızdır. 
Aprelin 3-ü  mənə Biləsuvar Rayon İcra Hakimiyyətindən şübhəli zənglər gəldi. Axşamüstü qohum-əqraba da zəng edəndən sonra, başa düşdüm ki, bu nəsə yaxşı  məsələ deyil, zəng vurub oğluma dedim ki, deyəsən vəziyyət yaxşı deyil. Artıq mənə demişdilər ki, oğlun həlak olub, lakin, mən xəbəri özümə yaxın qoymaq istəmirdim. İçərimdə hələ bir ümid var idi... Bununla belə, oğluma zəng etdim ki, get evə, biz də gəlirik... Oğlum Rahim bir sual verdi: “Anama nə deyəcəyik?!”. Bu günə qədər oğlumun verdiyi o sualın ağırlığını hiss edirəm...


Bəzən kişilər göz yaşlarını içəriyə axıtmağı bacarırlar. Şəhid atası Vaqif  kişi möhkəmdir, bu qismətlə, bu taleylə barışır. Bilir ki, oğlunu ağlayıb-sızlamaqla geri qaytara bilməyəcək. Lakin Sevil xanım sakit olmur axı. Muradın adı çəkildikcə, gözlərinin yaşı qoşa bulaqdan axan su kimi sinəsinə süzülür. Bir ananın ki  oğlunun nişan xonçası yarımçıq qala, ona nə ilə təsəlli vermək olar? 
Bir ana ki sonbeşiyi olan,toyuna hazırlaşdığı oğlundan ayrıla, ona nə ilə təskinlik vermək olar?..


İndi artıq oğlu haqda xatirələrə sığınan ana görün nələr danışır:


- Oğluma nişan aparan gündən könlüm açılmadı. Çünki, nişan çox soyuq keçdi, atası Vaqif  işdə idi, özü cəbhədə... İstədiyim kimi olmadı. Mən də onunla nəfəs alırdım.  Onun üçün nişandan əvvəl gedib bahalı ətir aldım. Ətirlərini mən alırdım. Səhər əsgər gedəndə, üstünə çilədim, dedi ki, ay ana, bunu dünən alaydın ki,  nişanlım da  biləydi bu ətri... Martın 22-sı gedib qızı nişanladıq. 28-i Murad zəng vurdu, dedim ki, “ana qurban, nişan verdik qıza. Ad günündə gələndə özün də üzük taxarsan barmağına”.  Dedim “bala, sən çox zəhmətkeşsən, bizim zəhmətimizi çəkirsən”. Evsiz-eşiksiz qaldığımız günlərdə, Sitalçayda pənahımız oldu, ev kirayələmişik, onun pulunu verirdi. Qaynatama, mənə, atasına himayədar idi. Əvəllər tez-tez deyirdim ki, evlən ay bala, vaxt keçir. Mənə deyərdi ki, “ay ana, mən kimin qızını gətirib bədbəxt edim?”.
Nə biləydim ki, taleyimizdə bu da var imiş. Həmin axşam işdən çıxıb Rahimin evinə gəldim. Ürəyim köksümə sığmırdı. Aprelin 3-ü idi. Muradla danışdım. Səsi çox vüqarlı və şən idi. Dedim, “oğul özündən muğayat ol”. Dedi “ana, narahat olma, hər şey yaxşıdır”. 
Axşamüstü Rahimin yoldaşı Günay nə qədər israr etsə də, boğazımdan yemək keçmədi. Gedib bir az uzandım. Bir də Günayın səsini eşitdim. Deyirdi ki, “ay Allah, yalan olsun”, baxdım ki, qızın rəngi  ağarıb. Həyəcanla nə baş verdiyini soruşdum. Dedi ki, “təmas xəttində itkilərimiz olub, ona görə, əsgərlərimiz üçün dua edirəm”.
Bir az keçdi, Rahim həyəcanla  gədli. Başladı paltar axtarmağa. Mən də dəhlizdə onu qarşıladım. Soruşdum “bala, Murada  nə olub?”. Dedi “Murad yaralanıb”.  Ondan sonra heç nədən xəbərim olmadı.

Söhbətimizin bu yerində şəhdin qardaşı Rahimin xanımı Gunay da söhbətə qarışdı:

- Anamız, həmin an diz üstə çökdü. Nə qışqırdı, nə də səsi çıxdı. Oturdu dəhlizdəki  stulun üstündə. Və susdu, Rahim başını ananın dizinin üstünə qoyub, o ki var ağladı... Və getdi. Ananı bir təhər apardım, yataq otağına... 1 gün ayılmadı. Səhəri tabutu Sumqayıta gətirənə yaxın, həkimlər bir təhər özünə gətirdilər. Rahim gəlib dedi ki, “ana dur ayağa, Murad gəlir, onu qarşıla!!!”. 
Tabut ortada idi. Anamız tabuta heç baxmadı. Açmağa da qoymadı. Dedi ki, “Murad məni heç zaman tək qoya bilməz, o mənə söz vermişdi ki, qayıdacaq”.
Və həmin günlərdə anamızın gözü Muradın çıxdığı qapıdan çəkilmədi. İki gün donuq vəziyyətdə qapıya dikildi gözləri. Çünki o qapıdan Muradı sağ-salamat yola salmışdı. Murad cəbhədə döyüşdə olanda nişanlısına son dəfə zəng edərək deyib ki, “məni gözləmə. Burada vəziyyət pisdir”. Qız xəttin o biri başında ağlayıb, deyib ki, “Murad qabağa getmə, qayıt gəl”. Qıza deyib ki, “sən nə danışırsan, burada elə canlar gedir, elə oğullar ölür ki, mənim onlardan nəyim artıqdır”. Qətiyyətli şəkildə bildirir ki, “sən öz həyatını yaşa, mən qayıtmasam. Xoşbəxt ol!”. Sonra telefonunu söndürüb. Və aprelin 3-ü düşmənlə vuruşda həlak oldu...

Mən şəhidimiz Muradın valideynləri ilə söhbətdəykən, 7-8 yaşlarında qara gözlü, qara hörüklü Fidan gəlib yanımızda oturdu. Və dəftərə şəkillər çəkməkdə davam etdi. Babası Vaqif kişi dedi ki, əmisi rəhmətə gedən gündən Fidan onun şəkillərini çəkir, düşündüklərini qələmə alır, yazılar yazır. 8 yaşlı qızımızın əmisi haqqında yazdıqları çox kədərli idi.




Aprelin 5-də  Sumqayıtın Şəhidlər Xiyabanında iki məzar da artdı. Sumqayıt Şəhidlər Xiyabanı çoxdandır belə izdiham görməmişdi. Vətənimizin üçrəngli bayrağına bürünmüşdü Xiyaban. Sumqayıtlılar qəhrəman polkovnik Raqub  Orcovu və onun əsgəri Murad Məmmədovu alqışlarla, qəhrəmanlıq şeirləri, gül çələngləri ilə qarşılayıb, canlarından əziz bildikləri torpağa əmanət etdilər. Həmin gün Sumqayıt Şəhidlər Xiyabnınıda uyuyan 399 səhid  əsgərin  ruhu bu gün sıralarına qatılmış, qalibiyyət xəbəri gətirmiş polkovnikə və onun əsgərinə hərbi salam verdilər. O günün təlatümü, o günün hayqırtısı, dünyaya yayıldı, dünya Azərbaycan əsgərini, Azərbaycan insanının  əsgərinə, şəhidinə verdiyi dəyəri gördü. 

      

Murad Məmmədov Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyur.  Anası və babası Qasım kişi  bir neçə həftə bundan əvvəl məzarı ziyarətə gedəndə, üstündə naməlum bir müəllifin şəhid analarına həsr edilmiş şerini görüblər:


Əsgər balam qurban olum boyuna,
Sənə qurban evim-eşiyim olsun,
Dönüb gəlsən, fəda ollam yoluna 
Şəhid olsan, Vətən beşiyin olsun!

İndi daha şəhid anası oldim,
Sənsizlikdən, oğul, çiçəktək soldum.
“Vətən” deyib, “Torpaq” deyib qovruldum,
“Vətən”- dediyin yer beşiyin olsun.

 

Dövlətdə dəvə, övladda nəvə


Nəvəsi Muradı dünyalarca sevən, onun hər uğuruna, hər dəfə evə gəlişinə sevinən, gözlərini qapıya dikib hər zaman yolunu gözləyən  90 yaşlı babası Qasım Məmmədovun söhbətini axıra saxladım. Dünyanın çox üzünü görmüş, baba dedi ki, bu dünyada yaşamaq həvəsi Murad üçün idi. İndi onun yanına getməkdir arzusu:


-  Sənəddə yaşım 87 yazılıb. Ancaq bildiyim qədər 90 olmalıdı. Bizi müharibəyə aparmaq üçün təlim keçirdilər. 1945-ci il idi. Snayperçi idim mən də. Müharibə bitdiyindən bizi əsgər aparmadılar. Sonra biz arxa cəbhədə işləməyə başladıq.  Yaxşı günlərimiz də oldu, pis günlərimiz də... dünyadır da... dünya ilə çiling-ağac oynamazlar ki... Məni bu dünyaya bağlayan bir Murad idi. Sevinirdim boy-buxununa. Pis uşaq olsa, heç adını dilimə gətirmərəm. Bütün bacı-qardaşa, qohum-əqrabaya əl tuturdu. Heç kimin üzünə ağ olmadı. Köməyimiz, gərəyimiz idi. Məni yandıran odur ki, 15 gün idi ona nişan qoymuşduq,  qisməti belə gəldi. Tez-tez gedirəm Şəhidlər Xiyabanına, başdaşı ilə danışıram. Ondan təsəlli almaq istəyirəm. 

Qasım baba bir neçə bənd bayatı dedi. Anladım babanı, nəvəsinin ona yüklədiyi dərdi, el dili ilə deyirdi:

Mən getdim anam qaldı,
Oduma yanan qaldı,
Nə dünyadan kam aldım,
Nə bir nişanam qaldı.

Mən aşiq neynim sənə, ay bala,
Düşübdü meylim sənə.
Mən dönsəm üzüm dönsün,
Sən dönsən neylim sənə, ay bala.

Qızılgül dən-dən oldu,
Dərmədim dən-dən oldu
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu…

      
Televizoru, xəbərləri izləyirəm. Bu erməni alçaqlar sülhə də yaxın gəlmirlər. Onları xristian dünyası çox bəsləyir. Havadarları  çoxdur.  Ancaq gördünmü, o 4 gündə bunların burnunu necə əzdik. Danışıqlar gedir, deyirlər, rayonları qaytaracaqlar. Bəlkə onda bir az rahat olaram ki, balamın qanı yerdə qalmadı.  1918-ci ildən bəri bu ermənilər nə qədər müsəlman, türk qanına susayıblar. 1941-45-ci illərdəki müharibədə də bizim Həzi Aslanovun öldürülməsində erməni Baqramyanın və Ağacanyanın  rolu böyük oldu. Tankdan düşəndə, onu ermənilərin əli ilə vurmuşdular. O ki qaldı, bu “Aprel döyüşləri”ndə həlak olanlara... Axı bunlar çox yüksək hazırlıq görmüşdülər. Bunları çıxılmaz yerə atsan, oradan sağ çıxırdılar. Bunlar kəşfiyyatçı idilər. Nəvəm də, onun yanındakılar da qan itirməsindən ölüblər. Heç 1941-45-də əsgərlər qan itirməsindən belə qırılmırdılar. Bu nə idisə, anlaya bilmədim. Hamısına Allah rəhmət eləsin. Şəhidlər ölməz!  Onlar Vətən yolunda, torpaq uğrunda həlak olublar. Murad da Vətən torpağı yolunda canını fəda edib. Bizim minnətdarlığımızı bütün xalqımıza çatdırın, ölkə prezidentinə, xanımına çatdırın. Çünki bu şəhidləri çox böyük təmtəraqla dəfn etdilər.  O gündən sonra da bizi diqqətdə saxlayıblar.

Murad Məmmədov Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olduğuna görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb. 
Ancaq bir iş var ki, balam şəhid olandan sonra,  Sevil və Vaqif də işdən çıxdılar. Gəlib gedən qonaq-qaranın qulluğunda durmaq lazımdır. Bizi Sumqayıt İcra Hakimiyyətində ev növbəsinə də yazıblar. Muradın anası, gəlinim Sevil xəstədir. Bir də görürsən ki, beyin damarları, ürəyi sıxılır, neçə saatdan sonra güclə ayıldırıq. Bir az onun xəstəliyə görə pensiya almasında problemi yaranıb. Sənədi yaman gec düzəldirlər. Nədənsə, şəhid anası kimi ona pensiya təyin etmədilər. Axı bu ata- nanı da Murad saxlayırdı. Nə yaxşı olar ki, Muradın pensiyasını ata-anasına versinlər. Onlar da mənim balalarımdır. İstəmirəm ki, dərdlərinin üstünə dərd gəlsin. Ancaq bizim dövlət humanist dövlətdir, inanıram ki, bu problemlər də həllini tapacaq. Allah Azərbaycanı qorusun, tezliklə torpaqlarımız azad olunsun!



Aida Eyvazlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib
20.10.2018, 19:00

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

ARXİV