Modern.az

Prezidentlərin yeni görüşü bu şəhərdə ola bilər

Prezidentlərin yeni görüşü bu şəhərdə ola bilər

29 İyun 2016, 17:58

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri olaraq Parisi təklif edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən fransalı həmkarı Jan-Mark Eyro məlumat verib.

 

“Biz Dağlıq Qarabağdakı situasiyanı müzakirə etdik. Cənab Lavrov məni Vladimir Putinlə azərbaycanlı və erməni həmkarları arasında baş tutan danışıqlar barədə xəbərdar etdi. Mən xatırlatdım ki, yeni danışıqlar üçün Parisin namizədliyini təklif etmişik”.

 

Xatlırladaq ki, prezidentlərin sonuncu görüşü Sankt-Peterburqda baş tutmuşdu.

 

Vüqar İsmayılov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı