İstanbulun Atatürk hava limanında törədilmiş terror aktına görə futbol üzrə Avropa çempionatının 1/4 final oyunlarından əvvəl 1 dəqiqəlik sükut olmayacaq. Modern.az saytı xəbər verir ki, hadisə ilə bağlı UEFA-nın qərarı Türkiyəni məyus edib.
Avropa Futbol Federasiyaları Assosiasiyasının cavabında bildirilir ki, terror aktı birbaşa futbolla bağlı olarsa, yaxud yarışı təşkil edən ölkədə və ya yarışda iştirak edən ölkələrdən birində törədilərsə, qaydalara uyğun olaraq, oyunlardan əvvəl qurbanların xatirəsinə 1 dəqiqəlik sükut olur.
Qeyd edək ki, bir müddət əvvəl Parisdə törədilmiş terror aktından sonra UEFA öz bayrağı altında keçirilən oyunların hamısında 1 dəqiqəlik sükut və komandaların oyunlara qara sarğı ilə çıxması təlimatını vermişdi.
Modern.az