Modern.az

Neftin qiyməti 51 dolları ötüb

Neftin qiyməti 51 dolları ötüb

İqtisadiyyat

29 İyun 2016, 22:33

ABŞ-ın enerji xammalı ehtiyatları barədə məlumatlardan sonra neftin qiyməti bir qədər də bahalaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, "Brent" markalı neftin 51 dollara çatıb. Bu Böyük Britaniyada iyunun 23-də "Brexit" üzrə referendumun keçirildiyi gündən sonra qeydə alınan ən yüksək qiymətdir.

Qeyd edək ki, "Brent"in sentyabr fyuçerslərinin qiyməti 3,59% artaraq bir barelə görə 51,03 dollara çatıb. Eyni zamanda WTI yüngül neftinin avqust fyuçersləri 3,72% bahalaşaraq bir barel üçün 49,63 dollar təşkil edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır