Modern.az

ATƏT sədri: "Status-kvonu saxlamaq mümkün deyil”

ATƏT sədri: "Status-kvonu saxlamaq mümkün deyil”

Aktual

29 İyun 2016, 22:53

"Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Bölgədə alovlanan son hərbi əməliyyatlardan iki ay keçib, hər iki tərəf itki verib. Düşünürəm ki, həm münaqişə tərəflərinə, həm də ATƏT-ə aydındır ki, belə vəziyyətdə status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Hesab edirik ki, münaqişənin davamı hərbi əməliyyatların başlanma riskini artırır". Modern.az saytı xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrəvanda, ermənistanlı həmkarı Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında bəyan edib.

 

Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, münaqişənin uzunmüddətli həlli üçün səyləri artırmaq lazımdır. O, tam danışıqların artıq bu il başlayacağına ümidvar olduğunu bildirib: "İki ay bundan əvvəl baş verən hadisələr təkrarlanmamalıdır. Biz təhlükəsizliyin təmini və danışıqları davam etdirmək yollarını tapmalıyıq ki, atəşkəs rejimi pozulmasın. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirilməsi üçün səy göstərəcəyik”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?