Modern.az

"Vətənimizi əsla bölə bilməyəcəklər”

"Vətənimizi əsla bölə bilməyəcəklər”

Dünya

30 İyun 2016, 00:17

"Vətənimizi əsla bölə bilməyəcəklər. Öz-özünə belə xəyal aləmində dolaşanlar, gəzənlər var. Boşuna gəzirsiniz! Əgər bu terror təşkilatları hesab edirlər ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı deyib.

 

Prezident milləti belə bir fəlakətlə üz-üzə buraxmayacaqlarını vurğulayıb: «Nə günahı var idi o insanların? Uşaq, qadın, yaşlı, yerli və xarici vətəndaşların? Bunun insani, vicdanı hər hansı bir tərəfi var mı? İslam ilə bir əlaqəsi var mı? Bir insanın ölümünə səbəb olmaq bütün bəşəriyyətin ölümünə səbəb olmaqdır. Belə deyir bizim dinimiz. Türkiyənin əsl fəlakəti bu terror hadisələri deyil, hədəflərindən və ideallarından imtina etməsi olar. Biz bundan imtina etməyəcəyik”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir