Modern.az

İstanbulda İŞİD-ə qarşı antiterror əməliyyatları keçirilib

İstanbulda İŞİD-ə qarşı antiterror əməliyyatları keçirilib

Aktual

30 İyun 2016, 09:40

İstanbulun bir neçə rayonunda İŞİD terrorçularına qarşı anti terror əməliyyatları keçirilib.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin “Anadolu” xəbər agentliyi yayıb.

Xəbərə görə, İŞİD-çi lərə qarşı əməliyyat xüsusi təyinatlı polis dəstələrinin başçılıq etdiyi əməliyyat qrupları tərəfindən həyata keçirilib.

İstanbulun Pendik, Başakşəhir və Sultanbəyli rayonları başda olmaqla bir sıra əvvəlcədən müəyyən edilmiş ünvanlarda axtarışlar aparılıb.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilsə də hələ ki, terrorçuların şəxsiyyəti açıqlanmayuıb.

 Xatırladaq ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.

Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür