Modern.az

“Hələ ki cəbhə xəttində kameralar quraşdırıla bilməz”

“Hələ ki cəbhə xəttində kameralar quraşdırıla bilməz”

Aktual

30 İyun 2016, 10:32

“Monitorinqlərin dərinləşdirilməsi və insidentlərin araşdırılması məsələsində razılıq əldə olunmadığına görə, hələ ki cəbhə xəttində kameralar quraşdırıla bilməz”.

Bu barədə Modern.az saytına Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov bildirib.

Deputat Serj Sarkisyanın Ermənistan silahlı qüvvələrinin döyüş postlarında quraşdırılmış nəzarət kameralarından bizim mövqelərə baxmasını hələ orada monitorinq kameralarının quraşdırılması kimi hesab etmir:

“İkitərfəli və çoxtərəfli görüşlərdə danışıqların detalı kimi bu məsələ var idi. Amma hələ ki  razılaşdırılmayıb. Həmin görüntülər adi kamera çəkişilişi də ola bilər. Ermənistan tərəfinin hansısa nəzarət-izləmə kamerası quraşdırması ATƏT üçün qəbul olunan deyil.
Hansısa quraşdırılan kameraların nəzarət, monitorinq kameraları hesab edilməsi düzgün deyil”.

Deputat deyib ki, istənilən dövlət öz ərazisinə aid olan cəbhəyanı ərazidə, təmas xəttində nəzarət-izləmə kameraları quraşdıra bilər.

“Amma onun monitorinq, araşdırma tipli olmasına ATƏT və digər beynəlxalq təşkilatlar qərar verir. Bu gün təəssüf ki, işğal altında olan ərazilərə nəzarət ermənilərdədir. Onların ümumi nəzarət etdiyi ərazilərə hər hansısa kameranın quraşdırmasına beynəlxalq hüquq baxımından nəsə deyə bilmərik”-deyə Vüsal Hüseynov bildirib.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı