Modern.az

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi üçün xəritə hazırlanıb”

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi üçün xəritə hazırlanıb”

Qarabağ

30 İyun 2016, 10:58

 “Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlı göndərmək planı hələ ki gündəlikdə yoxdur”.

 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

 

“Hələ 90-cı illərdə Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi iddiaları var. Lakin bu, yekun həll mərhələsində baş tuta bilər, indi isə yekun həll variantı yoxdur. ATƏT katibliyinin nəznində yüksək səviyyəli görüşlərin planlaşdırma qrupu fəaliyyət göstərir. Onlar münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi planının sxemini hazırlaya bilər. Yəni ki, ATƏT üçün bu aşkar hədəflərdən biridir. Hansı qüvvələr? Hələ ki bunlar xəritədə çəkilən sxemlərdir. Üzv ölkələr müntəzəm olaraq həmin xəritə ilə tanış olur”.

Rusiyalı diplomat sülhməramlı qüvvələrin yerləşməsi üçün konkret planın da olduğunu deyib.

“Planlaşdırma qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əlaqədədir. Onlar təmas xəttində ərazilərin baxışını keçirir və sülhməramlı qüvvələrin yerləşdiriləcəyi əraziləri xəritədə qeyd edirlər. Münaqişənin həlli prinsipləri aydınlaşdıqdan sonra sülhməramlı qüvvələr bölgəyə yerləşdiriləcək. Lakin bu, çox uzaq perspektivdir və tərəflər arasında razılaşma olmadığı halda mümkün deyil”.

Aleksadr Lukaşeviç ATƏT-in heç zaman sülhməramlı missiyalarla məşğul olmadığı üçün baş verənlərin təşkilat üçün böyük çətinliklər törədəcəyini deyib.

 

Vüqar İsmayılov  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir