Modern.az

“Bəzi məsələlər tam şəkildə rəqəmli yayıma keçidi ləngidir”

“Bəzi məsələlər tam şəkildə rəqəmli yayıma keçidi ləngidir”

Aktual

30 İyun 2016, 13:03

“Azərbaycan ərazisinin əhali yaşayan hissəsinin 90%-i rəqəmli teleyayımla əhatə olunub".

Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, rəqəmli teleyayımla bağlıb zəruri infrastruktur da yüksək səviyyədə qurulub.

Onun sözlərinə görə, hazırda ölkədə tam rəqəmli yayıma keçidin reallaşması üçün müəyyən məsələlər həll olunmalıdır: 

"Burada analoq yayımın dayandırılıb, tam şəkildə rəqəmli yayıma keçidlə bağlı məsələlər nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Hesab edirəm ki, müəyyən texniki və təşkilati məsələlər həll olunduqdan sonra, tam şəkildə rəqəmli yayımı tətbiq etmək mümkün olacaq".

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda rəqəmli yaym mövcuddur və istifadəçilər müasir televizorları vasitəsilə bu xidmətdən istifadə edə bilər.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir