Modern.az

“Venesiya Komissiyasının Seçki Məcəlləsinə dair heç bir təklifi yoxdur”

“Venesiya Komissiyasının Seçki Məcəlləsinə dair heç bir təklifi yoxdur”

30 İyun 2016, 13:19

Venesiya Komissiyasının Seçki Məcəlləsi və ona dəyişiklə bağlı heç bir təklifi yoxdur”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Seçki Məcəlləsi vaxtilə qəbul olunub və seçkilər də ona uyğun aparılır:

“Seçki Məcəlləsi vaxtilə müzakirə olunaraq, qəbul edilib. Seçki dövründə də Seçki Məcəlləsinə baxılır. Hardasa boşluq olanda dəyişiklik edilir”.

Siyavuş Novruzov deyib ki, hələ Seçki Məcəlləsinə prinsipial dəyişiklik edilməsinə ehtiyac yoxdur:

“Hələ ki Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsinə ehtiyac yaranmayıb. Azərbaycanda onlarla seçki keçirilib. Keçirilən seçkilərin hamısı azad, sivil və demokratik şəkildə baş tutub.

Bu gün Seçki Məcəlləsinə hər hansı bir prinsipial dəyişiklik edilməsinə tələb yoxdur. Ona görə də Venesiya Komissiyasının prinsipləri ilə Seçki Məcəlləsinə hər hansı dəyişiklik edilməsi indi gündəmdə deyil”.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub