Modern.az

Fransalı deputat Azərbaycanla bağlı BƏYANAT verdi

Fransalı deputat Azərbaycanla bağlı BƏYANAT verdi

Dünya

30 İyun 2016, 13:35

Dünən Fransa Milli Assambleyasının Xarici İşlər Komissiyasının növbəti iclası olub. İclasın gündəliyində deputat Fransua Roşbluanın hazırladığı və baxılmaq üçün Komissiyaya təqdim etdiyi  “Azərbaycan və Fransa arasında əlaqələrə yenidən baxılması haqqında” Qətnamə Layihəsi də olub.


Modern.az xəbər verir ki, Komissiya üzvləri tərəfindən fəallıqla müzakirə olunan Qətnamə Layihəsi  demək olar ki, yekdilliklə rədd edilib. Azərbaycanın Dostları Assossiasiyasının prezidenti deputat  Jan Fransua Mansel bu barədə bəyanat verib. Bəyanatda deyilir:

“Deputat Roşbluanın “Fransa ilə Azərbaycan arasında əlaqələrə yenidən baxılması haqqında” Milli Assambleyanın Xarici İşlər Komissiyasına təqdim etdiyi qətnamə layihəsinin qəbulolunmaz hesab edilərək, rədd olunması haqqında Komissiyanın  qəbul etdiyi məsuliyyətli  qəararı alqışlayıram. Təklif olunan Qətnamə layihəsində Azərbaycan və Fransa arasında mövcud olan yüksək səviyyəli diplomatik əlaqələrə və xalqlarımız arasındakı dərin dostluq münasibətlərinə kölgə salmağa cəhd olunurdu.

Xarici işlər Komissiyası Dağlıq Qarabağ  üzrə məlumatlandırma missiyasının yaradılması haqqında qərar qəbul etdi. Əminəm ki, bu missiya Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dair haqlı tələblərini  obyektiv şəkildə ortaya qoymaq imkanları yaradacaq. Cənab Roşbluan komissiya üzvləri arasında özünün hazırladığı  Qətnamə layihəsinə səs verən yeganə deputat oldu və çox təəccüblüdür ki, Dağlıq Qarabağ üzrə məlumatlandırma missiyasının yaradılmasına dair qərara isə heç özü də səs vermədi. Heç şübhəsiz, bu qərar onun mütəmadi olaraq Azərbaycana qarşı təşkil etdiyi qarayaxma kampaniyalarının məramına  uyğun deyil.

Bu axşam qəbul olunan qərardan qazanan Fransa- Azərbaycan dostluğu oldu”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi