Modern.az

Mama-ginekoloqdan analara İTTİHAM: “Öz bildiklərini edirlər”

Mama-ginekoloqdan analara İTTİHAM: “Öz bildiklərini edirlər”

Aktual

30 İyun 2016, 13:39

“Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal bu gün 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq".

 

Modern.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.

 

S.Məmmədova bildirib ki, təbii doğum yolları ilə doğuş baş verə bilməyən hallar üçün qeysəriyyə kəsiyi tibbi göstərişdir: "Bu göstəriş həm ana, həm də döl tərəfdən olur. Bu göstərişlərin əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.

 

Göstəriş olduğu zaman qeysəriyyə əməliyyatı edilən qadın sonrakı dövrdə təbii yolla uşaq dünyaya gətirə bilər. Əgər çapığın qalınlığı müəyyən ölçüdədirsə, qadının əməliyyatdan sonrakı zahılıq dövrü problemsiz keçibsə, onun çapığı birincili bitişibsə, birinci əməliyyatdan 2 il keçibsə, doğum fəaliyyəti normaldırsa, uşağın çəkisi balacadırsa, birinci doğuşda çanaqla əlaqədar nisbi göstəriş olubsa, yalnız açıq əməliyyat şəraitində, yəni cərrah, narkoz vasitələri yanında olmaq şərtilə doğuş aparıla bilər”.

 

Mama-ginekoloq qadınlarımızı məsuliyyətsizlikdə günahlandırıb:

“İlk qeysəriyyə kəsiyindən sonra iki il ərzində hamilə qalmaq olmaz. Gənc qadınlar doğuşdan 40 gün sonra hər şeyi yaddan çıxarır, öz bildiklərini edirlər. Nəticədə də hamilə qalaraq risk qrupuna daxil olurlar".

 

Gülşən RAUFQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi