Modern.az

İstanbul terrorunu törədənlərin milliyəti AÇIQLANDI

İstanbul terrorunu törədənlərin milliyəti AÇIQLANDI

Dünya

30 İyun 2016, 14:24

İstanbulda 42 nəfərin ölümü, 239 nəfərin yaralanamsı ilə nəticələnən terror aktını törədənlərin milliyəti müəyyənləşib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 3 terrorçudan biri Özbəkistan, biri Qırğızıstan və digəri isə Dağıstan mənşəli Rusiya vətəndaşıdır.

 

Onların İstanbulun Fathiye səmtində kirayə götürdükləri evdə axtarış aparan türk polisi terrorçuların 1 ay öncə ölkəyə gəldiklərini müəyyənləşdirib.

 

Xatırladaq ki, İstanbul aeroportunda törədilən terror aktı zamanı 13 ölkənin vətəndaşı, ümumilikdə 42 nəfər həlak olmuşdu.

 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!