Modern.az

Polis silah alveri edən dəstəni zərəzsizləşdirdi

Polis silah alveri edən dəstəni zərəzsizləşdirdi

30 İyun 2016, 14:33

Daxil olmuş məlumat əsasında Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Hümmətovun və Səbuhi Abulhəmidovun Gürcüstan vətəndaşı “Tangiz” adlı şəxsə 1300 manata satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləri Elşən Məhərrəmova vermələri müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, görülmüş tədbirlərlə C.Hümmətov, S.Abulhəmidov və E.Məhərrəmov saxlanılıblar.

E.Məhərrəmov izahatında qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verdiyini bildirib.

İyunun 29-da E.Göyüşovun idarə etdiyi “Mercedes” markalı avtomobil BDYPİ-nin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb və araşdırmalar aparılması üçün Şəki ŞRPŞ-yə təhvil verilib.

Avtomobilə baxış zamanı içərisində 1 ədəd “АКSU” markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib.

S.Abulhəmidovun Şəki şəhərində evinə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.



Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı