Modern.az

Azərbaycanda bacısı qaçırılan şəxs dəhşətl qətl törədib

Azərbaycanda bacısı qaçırılan şəxs dəhşətl qətl törədib

Aktual

30 İyun 2016, 14:37

Daxili İşlər Nazirliyi Göyçaydakı qətlə barədə məlumat yayıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 30-da Ağdam rayon sakini Sərxan Süleymanov Göyçay RPŞ-yə zəng edib, mayın 16-da bacısı Nargiləni qaçırmış Göyçay şəhər sakini Orxan Quliyevi bıçaqla qətlə yetirdiyini bildirib.

Göyçay RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, S.Süleymanov iyunun 30-da ünvanı səhv salaraq, Göyçay şəhərində yaşayan Cəbrayıl Kərimovun evinə açıq qalmış qapıdan girərək, onu yatmış halda bıçaqla qətlə yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə S.Süleymanov tutulub.

Araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi